Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlardan Günel Abdullayevanın atası V. Abdullayev də 2 gün əvvəl infarktdan dünyasını dəyişib.
Məlumata görə, buna səbəb qızının ölümünə dözə bilməməsi olub.
Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində meşədə baş verib. 47 yaşlı Bayramova İlahə Vilayət qızı rəfiqəsi Abdullayeva Günel Valeh qızı ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















