Icma.az
close
up
RU
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək.

Mərkəzdən bildirilib ki, “Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Forumda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, AİBİ-nin icraçı direktoru Tetsuşi Sonobe, İndoneziya Respublikası Prezidentinin xüsusi müşaviri Bambanq Brodjoneqoro, Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktorunun müşaviri Nikolas Buşoud, BMT Universiteti – Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutundan Şen Sayomenq, Brukinqs İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun prezidenti Adil Nacam və digər nüfuzlu beyin mərkəzlərinin rəhbərləri və alimləri çıxış edəcəklər.

Forumun birinci hissəsində “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition), ikinci hissədə isə “Qlobal İqlim Dayanıqlılığı üçün Yaşıl Maliyyə: Strategiyalar və İnnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzuları ətrafında müzakirələr aparılacaq.

Tədbir İİTKM-in inzibati binasında hibrid rejimdə keçiriləcək. Forumda müzakirələrə onlayn qoşulmaq üçün http://globalthinktanksforum.ereforms.org saytından qeydiyyatdan keçmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri