Bakıda qoçu sürücü həyəcanlı anlar yaşatı: Səni məhv edərəm VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 16-da, paytaxtın Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.
Belə ki, 90-PY-356 qeydiyyat nişanlı "Lada" markalı avtomobilin sürücüsü sola dönən zaman görüntünü qeydə alan avtomobili sıxışdıraraq qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü bildirir ki, səs siqnalı verən zaman, o, üzr istəmək əvəzinə hədə-qorxu gəlməyə başlayıb. Onun sözlərinə görə, qaydanı pozan sürücü "Nə deyirsən? Çək qırağa. Səni məhv edərəm" deyərək hədələməyə başlayıb. Avtomobili qəfil sağa sıxaraq növbəti dəfə təhlükə yaratması da videoya əks olunub. Sonra isə kameranı görərək dərhal oradan uzaqlaşıb.
Bütün bunları yaşayaraq həyəcan keçirən sürücü həmin şəxsin ciddi şəkildə məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















