Bakıda qol güləşi üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda təşkil olunan qol güləşi üzrə dünya çempionatının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) rəsmiləri, Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo, dünya çempionatında mübarizə aparacaq ölkələrin təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdən öncə Anders Aksklo və Fərid Qayıbova ABFF-nin qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov tərəfindən simvolik kəmər təqdim olunub.
İAF-ın prezidenti fikirlərini bildirdikdən sonra F.Qayıbov çıxış edib. Nazir iştirakçılara uğurlar arzulayıb və dünya çempionatını açıq elan edib.
Qeyd edək ki, 30 ölkədən 400-dən çox idmançının qatıldığı və bu gün startı verilən turnir oktyabrın 31-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 28 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















