Icma.az
close
up
RU
Bakıda qonşular arasında qanlı dava: Dayı və bacıoğlu xəsarət aldı

Bakıda qonşular arasında qanlı dava: Dayı və bacıoğlu xəsarət aldı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Səbail rayonunda 2005-ci il təvəllüdlü Raqif Bağırov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Fərmanı və onun dayısı İlqara (ad-soyad şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Raqif uzun müddət qonşu münasibətində olmaqla bir dalanda yaşayan qonşusu Fərmanın onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək üçün 10 sentyabr 2023-ci ildə, saat 21 radələrində onu  həyətə çağırıb. 
Təqsirləndirilən şəxs bununla bağlı irad bildirərkən, şəxsi münasibətlərin pozulması zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı məhkum qisas almaq məqsədilə qəsdən xəsarət yetirmək niyyəti ilə üzərində olan cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr vurub. 
Bundan başqa, təqsirləndirilən şəxs həmin ilin dekabrın 27-də, saat 23:30-da Səbail rayonu, Salyan yolu, dalan 3 ünvanının qarşısında bir müddət əvvəl qəsdən ağır xəsarət yetirdiyi qonşusu Fərmanın dayısı İlqar ilə rastlaşıb. O, ailələr arasında yaranmış ədavətlə bağlı İlqarla mübahisə edərkən yerdən götürdüyü daş parçası ilə baş nahiyələrinə zərbələr vurub.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma ) və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs Fərman onun qonşusudur, onunla əvvəllər aralarında heç bir narazılıq olmayıb: “Son vaxtlar Fərmanın qonşuların həyətinə boylanması barədə söz-söhbətlər dolaşdığını eşitmişəm. Bir gün axşam vaxtı onun evlərinə getdiyini gördüm. Bundan sonra onun dalınca gedərək çağırdım və arxa məhəlləyə apardım. Orada Fərmanla tutaşdım. Həmin vaxt onun məni yıxacağını hiss etdim. Buna görə qorxaraq üstümdə olan bıçaqla onu vurdum. Fərman xəstəxanada olduğu müddətdə ona bizim tərəfimizdən maddi köməklik edildi, ona dərmanların alınmasına yardım etdik”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir gün o, psixiatriya xəstəxanasına gedəndə sənədlərə baxıb: “Orada Fərmanın məndən şikayətçi olması yazıldığını oxudum. Bundan sonra Fərmanla telefon əlaqəsi saxladım, özümün xərc çəkdiyimi, mənə şikayətçi olmadığını bildirsə də, nəyə görə məndən şikayət etdiyini soruşdum. Daha sonra Fərmanla görüşməyə çalışsam da, məndən yayındı. Günlərin birində axşam evə gələndə bir nəfərin mənə yaxınlaşdığını gördüm. Həmin şəxs yaxınlaşaraq adımın Raqif olub-olmadığını soruşdu. Mən də Raqif  olduğunu bildirdim. Həmin şəxs mənə Fərmanın dayısı olduğunu bildirdi və söhbət etmək istədiyini dedi. Bundan sonra həmin şəxs evə getdi. Mənə isə gözləməyimi bildirdi. O, gələndə Fərmanı da özü ilə gətirməsini, onların hər ikisi ilə söhbəti olacağını dedi. Bundan sonra İlqar üstümə gəldi və məni vurmağa başladı. İlqara gücüm çatmayacağını başa düşdüyümdən, yerdən daşı götürərək onu vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, o, müxtəlif dərmanlar qəbul etsə də, psixiatriya xəstəxanasında yatmayıb: “Fərmanı vurandan 3 ay sonra ikinci hadisəni törətmişəm. Mənin Fərmanla mübahisəm düşüb. Məni birinci özü yumruqla vurub. Bundan sonra Fərman yaxamdan tutduş mən yıxılacağımı hiss etdikdə, bıçaqla onu vurmuşam. Həmin bıçaq həmişə mənim üstümdə olub. Fərmanı  bıçaqla vurandan sonra özüm oradan uzaqlaşmışam. Daha sonra özüm könüllü olaraq polis bölməsinə gedərək təslim olmuşam”.
İş üzrə zərərçəkmiş Fərmanın sözlərinə görə, hadisə baş verən gün evdə olub, həmin vaxt qapının döyüldüyünü görüb: “Qapını açarkən qonşu Raqifi  gördüm. Raqif mənə dərdləşmək istədiyini bildirdi. Onun söhbət etmək istədiyini düşündüm və onunla getdim. Söhbət zamanı Raqif mənə nəyə görə qonşuların həyətlərinə, pəncərədən evin içinə baxdığımı irad bildirdi. Mən isə belə bir şey olmadığını dedim. Bundan sonra aramızda mübahisə düşdü. Raqif qəflətən cibindən çıxardığı bıçaqla məni vurdu və oradan getdi”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxsin onların ailəsindən nə istədiyini bilmir: “Raqif məni vurmamışdan əvvəl həyətlərinə baxdığımı dedi Əslində isə mən heç kimin həyətinə baxmamışam. Sonradan Raqif anam və bacım barədə polisə şikayət edib. Dayım İlqarın bizim aramızda olan dava ilə bağlı Raqiflə söhbəti olmayıb”. 
Zərərçəkmiş İlqarın sözlərinə görə, Bakı şəhəri, “20-ci sahə” adlanan ərazidə yaşayan bacısıgilə gedib-gəlib: “Mənim özüm usta kimi fəaliyyət göstərirəm  və bacımgilə gedib-gəldiyim müddətdə qonşuların nə işləri olmuşsa, təmənnasız görmüşəm. Raqifi əvvəllər tanımamışam. Onun bacım oğlu Fərmanı bıçaqla vurarkən həmin ərazidə olmamışam. Hadisədən sonra Raqifin cavan olduğunu, yəqin bir səhv etdiyini fikirləşdik və onu bağışlamaq istədik. Lakin bir dəfə yenə bacımgildə evdə olarkən Raqif Fərmanı hədələyərək çölə çıxmağını istədi, bitməmiş işi bitirəcəyini dedi. Buna görə mən səhv etdiyimizi, Raqifi  bağışlamağın düzgün olmadığını, onun qanun qarşısında cavab verməli olduğunu dedim. Növbəti dəfə mən yeni il bayramı ərəfəsində yenə bacımgilə gəldim. Maşından yükü evə boşaltdım, daha sonra maşında yaddan çıxan əşyaların olub-olmamasını dəqiqləşdirmək üçün yenə küçəyə çıxanda Raqif məni vurdu”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Raqif 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan zərərçəkimşlərdən biri – İlqar tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində daha ağır cəza təyin edilməsini xahiş edib. Digər zərərçəkmiş də apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin barəsində ciddi cəza təyin edilməsini istəyib. 
Hökmdən həm təqsirləndirilən şəxs, həm də onun vəkili tərəfindən də şikayət verilib. Məhkum olunan şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab olunması istənilib. 
Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm zərərçəkmişlərin, həm də təqsirləndirilən şəxslərin şikayətləri təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri