Bakıda qonşuların DAVASI: ata və oğlunu bıçaqladılar YENİLƏNİB
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 52 yaşlı K.Bağırova və oğlu 20 yaşlı C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Y.Mehdiyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırması davam etdirilir.
***
03:45
Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.
2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















