Bakıda qopan ağaclar bahalı maşınların üstünə düşüb onları pis hala saldı VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində güclü küləyin təsirindən qopmuş ağaclar avtomobilləri yararsız hala salıb.
Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə aprelin 16-da səhər saatlarında qeydə alınıb. Kadrlardan da göründüyü kimi, kökündən qopan nəhəng ağaclar 77-DZ-454 dövlət nömrə nişanlı “Mercedes” markalı və “Range Rover” markalı avtomobillərin üzərinə aşıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Xoşbəxtlikdən hadisə zamanı yaxınlıqda və avtomobillərdə insan olmayıb.
Qeyd edək ki, artıq 3 gündür paytaxt ərazisində küləkli hava şəraiti hökm sürür. Bakıda davam edən güclü külək nəticəsində 60-a yaxın ağac sınıb, 15-dən çox ağacların budaqları qırılıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















