Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanılıb VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 13 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















