Icma.az
close
up
RU
Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu VİDEO

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu VİDEO

Lent az saytına istinadən Icma.az xəbər verir.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.

Şübhəli şəxslərin “Jaguar casino” və “Rahat casino” adlı profillər vasitəsilə qanunsuz onlayn mərc, eləcə də qumar oyunlarının təşkilini həyata keçirdikləri, “WhatsApp” və “Telegram” platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını, həmçinin pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.

Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri