Bakıda restoranda baş verən yanğın söndürülüb
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 440 kvadratmetr olan restoranın mətbəxində baş vermiş yanğının genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 16 kvadratmetr olan mətbəxin taxta üzlüyü 4 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb.
Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 31 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















