Bakıda restoranlarda müştərilərə donuz əti verilir Müsəlman müştərilərə qarşı hörmətsizlikdir
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Son günlər Bakıdakı bəzi iaşə obyektlərində donuz kababı kimi qeyri-ənənəvi məhsulların satışına dair iddialar yayılmaqdadır. Ölkəmizdə müsəlmanların çoxluq təşkil etməsi səbəbindən belə məhsulların təqdimatı birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, donuz əti digər ətlərlə müqayisədə daha çox bakteriya yığmaq xüsusiyyətinə malikdir və xüsusilə Salmonella və digər patogen mikroorqanizmləri özündə saxlayır:
“Restoran və iaşə müəssisələrində bu cür ətlərdən kabablar hazırlanıb təqdim edilirsə, məhsulun üzərində mütləq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı və baytarlıq şəhadətnaməsi olmalıdır”.
Ekspert əlavə edib ki, dini-mədəni normalar da nəzərə alınmalıdır:
“Biz müsəlmanların çoxluq təşkil etdiyi ölkəyik. Donuz ətinin digər ətlərlə eyni qabda saxlanmasına yol vermək olmaz. Məhsul mütləq sanitar-gigiyenik tələblərə uyğun saxlanmalı, qeyd olunmalı və müştəri məlumatlandırılmalıdır”.
İlkin Şirinov vurğulayıb ki, müştərinin xəbəri olmadan quzu əti əvəzinə donuz əti təqdim olunması qanun pozuntusudur və məsuliyyət birbaşa iaşə müəssisəsinin rəhbərliyinə aiddir:
“Əgər donuz əti digər ətlərlə bir yerdə hazırlanır və eyni qab və alətlərdən istifadə olunursa, bu, müsəlman müştərilərə qarşı hörmətsizlikdir. Donuz əti yalnız müəyyən dar çərçivədə istifadə olunmalı və müsəlmanlara qarşı qaydalara riayət edilməlidir”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, donuz əti ilə bağlı saxlama şəraiti normativlərə uyğun olmalı, məhsul qonşuluğuna diqqət yetirilməli və baytarlıq şəhadətnaməsi olmalıdır:
“Yalnız bu şəkildə həm sanitar-gigiyenik tələblər, həm də dini-mədəni normalar qorunmuş olar”.
Yəni, siz hər hansı bir restoranda kabab sifariş edərkən yediyiniz ətin növü və keyfiyyəti barədə məlumat almaq hüququna maliksiniz. Əgər müəssisə donuz əti satırsa, bunu menyuda aydın şəkildə qeyd etməli və onu digər qidalarla təmasda olmayacaq şəkildə hazırlamalıdır. Sizin icazəniz və məlumatınız olmadan ətin dəyişdirilməsi həm sağlamlığınızın riskə atılması, həm də aldadılmağınız mənasına gəlir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Restoranlarda müştərilərə köhnə yeməklər verilir?
09 Aprel 2025 07:32
Restoranda müştərilərə mal əti adı ilə donuz əti verilirmiş
23 Dekabr 2024 16:12
Müsəlman müştərilərə salo təklif edən ofisiant işdən qovulub...
02 Avqust 2025 22:06
Bakıda tanınmış restoranda müştərilərə yararsız məhsullar verilirmiş
11 Mart 2025 20:57
Bilinməlidir ki, hansı restoranlarda qurbağa əti verilir?
27 May 2025 13:57
Baxış sayı:36
Bu xəbər 27 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları