Icma.az
close
up
RU
Bakıda restoranların yerində park salınması ictimai dəstək qazanır Yaşıllıqlar hava mühitini təmizləyir

Bakıda restoranların yerində park salınması ictimai dəstək qazanır Yaşıllıqlar hava mühitini təmizləyir

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ötən günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan parkın açılışında iştirak ediblər. Əvvəllər həmin parkın yerində məşhur "Şuşa" şadlıq sarayı, yanında isə "Bakı restoranı" var idi. Bu restoranlar bir neçə ay öncə söküldü və yerində gözəl bir park salındı.

Dövlətin belə bir addımını dəyərləndirən ekoloq Sadiq Həsənov Redaktor.az-a bildirdi ki, parkların salınması Bakı şəhəri üçün çox vacibdir.

"Bakı şəhərində yaşıllıq sahələri ümumi əraziyə və əhalinin sayına baxanda həddindən artıq azdır. Bakının yüklənməsini nəzərə alsaq, şəhərdə həddindən artıq yük var. Həddindən artıq avtomobil axını və hərəkət mövcuddur. Bu da şəhərə əlavə yük verməklə havanı çirkləndirir. Çirklənmiş havanın təmizlənməsində ən əhəmiyyətli rol yaşıllığa aiddir".

Müsahibimiz qeyd etdi ki, prezidentin və xanımının bu təşəbbüsü çox təqdirəlayiqdir.

"Həddindən artıq çox restoranımız, kafelərimiz var. Bu da havanı əlavə olaraq çirkləndirir. Bu məsələ isə ayrı bir mövzudur. Yaşıllıq ərazilərini artırmaq lazımdır. Bakı şəhəri dünya üzrə ən az yaşıllaşmış şəhərlərdən biri sayılır. Bu istiqamətdə parkların artırılması çox vacibdir. Görünür ki, ölkə rəhbərliyi də bunu bildiyinə görə parkların sayını, həcmini və sahəsini artırmağa meyillidir. Mən bunu dəstəkləyirəm, bu, həddindən artıq yaxşı əlamətdir.

Bəzi şəhərlər hər tərəfdən meşə ilə örtülüdür ki, şəhərə digər yerlərdən çirklənmiş hava gəlməsin və ya şəhərdə yaranan çirklənmiş hava həmin yaşıllıq əraziləri tərəfindən udulsun.

Məsələn, Moskvanın 54 faizi yaşıllıqla örtülüdür. Kopenhagendə bu 60%-dən yuxarıdır və digər Avropa ölkələrində də bu göstərici çox yüksəkdir. Danimarkada və İsveçdə 70%-dən yuxarıdır. Yaşıllıqların çox olması hava mühitini təmizləyir", - deyə Sadiq Həsənov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri