Icma.az
close
up
RU
Bakıda Rusiyanın təbliğatı ilə məşğul olan daha bir mərkəz FOTOLAR

Bakıda Rusiyanın təbliğatı ilə məşğul olan daha bir mərkəz FOTOLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərindəki “Rus evi” fəaliyyətini dayandırır. Artıq binanın boşaldıldığı barədə xəbərlər yayılıb. Rəsmi açıqlamada deyilir ki,  “Rus evi” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.

Modern.az-ın məlumatına görə, Bakıda Rusiyaya məxsus daha bir mərkəz var. Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən Rus Mədəniyyət Mərkəzinin binası hələ də fəaliyyətini davam etdirir.

Mərkəz 2018-ci ildə əsaslı təmirdən sonra yenidən aktiv fəaliyyətə başlayıb. Ötən illər ərzində Mərkəz tərəfindən rus dili ölkə ərazisində təbliğ edilməsi əsas prioriteti hesab olunurdu. Bundan əlavə Rus Mədəniyyət Mərkəzi rus mədəniyyətinin və ədəbiyyatının, ənənə, adət və mərasimlərin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği əsas məqsədinə çevrilib

Mərkəz rus mədəniyyətlərinin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş ədəbi və musiqili tədbirlər, pravoslav bayramları şərəfinə konsertlər təşkil edir.

Rus İcması bildirir ki, Mərkəzdə müntəzəm olaraq rus rəssamlarının əsərlərinin sərgiləri, Azərbaycanda yaşayan rus yazıçı və şairlərinin kitablarının təqdimatı, Rusiyanın mədəniyyət xadimləri ilə yaradıcılıq görüşləri keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri