Icma.az
close
up
RU
Bakıda Rusiyaya məxsus şübhəli obyekt ətrafında gərginlik: Diqqətçəkən məqam

Bakıda Rusiyaya məxsus şübhəli obyekt ətrafında gərginlik: Diqqətçəkən məqam

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar yerli mediada yayılan məlumatlara görə, Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Rossotrudniçestvo Evinin Bakıda yerləşən binasını nəzarətə götürüb və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Görünür, əməliyyat nəzarəti həyata keçirilir.“Rus evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı olmadığına diqqət çəkilib.

Hüquq mühafizə orqanları həmin ofisi niyə bağlamır? Yaxın günlərdə bağlana bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Bakıdakı “Rus evi” fəaliyyətindən imtina etməzsə, onun bağlanması məsələsi də aktuallaşacaq:

“Məlum olduğu kimi “Rus evi” kəşfiyyat məlumatlarının toplanması və ötürülməsi fəaliyyətini icra edir. Bu dayandırılmadığı halda “Rus evi”nin fəaliyyətinə son verilə bilər. Rəsmi Bakı hələki xəbərdarlıq edir. Kameraların yerləşdirilməsi də buna nümunədir. “Rus evi”nə daxil olanlar, orada aparılan müzakirələr Azərbaycanın müvafiq strukturlarının nəzarətində olacaq. Ona görə də həmin şəxslər fəaliyyət istiqamətlərini dəyişdirməlidirlər. Bu baş vermədiyi təqdirdə, sözügedən mərkəz qapadılacaq”.

Elxan Şahinoğlu

Politoloq Zeynal Əmrəliyevin isə sözlərinə görə, Bakıda fəaliyyət göstərən “Rus evi” ilə bağlı narahatedici məqamlar çoxdur:

“Azərbaycan mətbuatında yayılan məlumatlara görə, “Rus evi” lazımi şəkildə fəaliyyət göstərmir. Rəsmi Bakı Rusiya ilə dost, mütəffiqlik münasibətlərinə sadiq idi. Lakin məlum təyyarə qəzasından sonra rus mediası da daxil olmaqla bütövlükdə Rusiya ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdirməyə başaldı. Ölkə rəsmilərinin təyyarə qəzasının səbəblərinin gizlədilməsi istiqamətində attığı addımlar, hadisənin motivlərinin fərqli tərəfə çəkilməsi və s. buna nümunədir. Bakıda rus mədəniyyətinin yayılması üçün nəzərdə tutulmuş “Rus evi”də ölkəmizə qarşı qərəzli fəaliyyət ilə məşğul olur. Azərbaycan ictimaiyyətinin sözügedən quruma qarşı münasibti heç də birmənalı deyil.

Zeynal Əmrəliyev

Zaman-zaman “Rus evi”nin fəaliyyəti ilə bağlı tənqidlərə rast gəlmişik. Hüquq-mühafizə orqanlarının “Rus evi”ni nəzarətə götürdüyü, müşahidə kameralarının quraşdırıldığına dair məlumatlar da var. Növbəti addım isə həmin qurumun bağlanması olacaq.

Ümumiyyətlə, bu tip qurumlar müxtəlif ölkələrdə diaspor fəaliyyəti göstərmək üçün yaradılır. Lakin bu fəaliyyət həmin ölkələrin daxili işlərinə qarışmaq şəklində deyil, obyektiv olmalıdır. “Rus evi” isə buna uyğun addım atmır. Bu evin məxsus olduğu Rossotrudniçestvo Bakıda 20 yanvar qırğının törədilməsinin əsas təşəbbüskarlarından olan Yevgeni Primakovun nəvəsinin rəhbərliyi ilə fəaliyyət göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri