Icma.az
close
up
RU
Bakıda sağlamlığa zərərli maddə alveri: Satış gizli şəkildə həyata keçirilir HƏYƏCAN TƏBİLİ

Bakıda sağlamlığa zərərli maddə alveri: Satış gizli şəkildə həyata keçirilir HƏYƏCAN TƏBİLİ

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə sosial şəbəkələrdə steroidlərin qanunsuz satışı ilə bağlı elanlar geniş yayılıb. Bu elanların əsas hədəfi isə xüsusilə idmanla məşğul olan gənclərdir.

Ölkə.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı elan səhifələrindən birinə yazaraq satıcı ilə əlaqə saxlamağa çalışıb.

Satıcı ilə söhbətdən məlum olub ki, satış tamamilə gizli şəkildə həyata keçirilir.

O, yalnız kuryer vasitəsilə çatdırılma etdiyini və artıq heç bir məlumat verməyəcəyini bildirib. Bütün bunlar steroidlərin qanunsuz dövriyyəsinin nə qədər gizli şəkildə təşkil olunduğunun göstəricisidir.

Məsələ ilə bağlı Baku TV-yə danışan həkim Abbas Bağırov bildirib ki, bu steroidlərdən təbabətdə vacib hallarda istifadə olunur:

"Gənclər, yeniyetmələr idmanla məşğul olduğu zaman əzələ çəkisinin kütləsini artırmaq üçün steroidlərdən istifadə edirlər. Endokrin, digər bütün orqanlar sisteminin fəaliyyətinə bu, mənfi təsir göstərə bilir. Eyni zamanda, steroidlərdən istifadə istər gənc qız, istərsə də oğlanlarda cinsi inkişaf problemlərinə gətirib çıxarır".

Steroidlərin satışı və istifadəsi ilə məşğul olanları hansı cəzanın gözlədiyinə gəlincə isə hüquqşünas Vüsal Cəfərov qeyd edib ki, anabolik steroidlərin tibbi müəssisələrdə istifadəsi qanunidir:

"Lakin bu, yalnız müəyyən tibbi göstəriş əsasında mümkündür. Peşəkar idman vasitəsilə dopinq steroidlərin istifadəsi qanuni məsuliyyət yaradır. Tərkibində anabolik olan dərmanlar resept əsasında satılmalıdır. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, bu maddələrin satışı cinayət məsuliyyəti sayılır və 3 ilədək həbs cəzası nəzərdə tutulur".

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri