Bakıda sahibkarı öldürən şəxsə hökm oxundu
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Ələkbər Səmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Səmədli 10 il altı ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, qətlə yetirilən Rüfət Rüstəmov Bakının Qaradağ rayonu ərazisində özünə məxsus avtomobil təmir sexində olarkən Ə.Səmədli ona yaxınlaşaraq mübahisə edib. Ə.Səmədli bildirib ki, guya R.Rüstəmov onun yaxın qohumu olan qadına mesajlar yazır və onunla yaxınlıq münasibəti var.
Ə.Səmədli R.Rüstəmovla mübahisə etsə də, yaxınlıqdakı şəxslər onların dava etməsinə imkan verməyib.
Ə.Səmədli evinə gələrək özü ilə bıçaq götürüb yenidən həmin sexə gəlib, Rüfəti avtomobilinə mindirərək Ələt qəsəbəsinə aparıb və orada ona dörd bıçaq zərbəsi endirib. R.Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Səmədli saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















