Icma.az
close
up
RU
Bakıda satılan “Ayfon 17” nin ŞOK qiymətinə İRONİK YANAŞMA FOTO

Bakıda satılan “Ayfon 17” nin ŞOK qiymətinə İRONİK YANAŞMA FOTO

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“Apple” şirkətinin təqdim etdiyi yeni “iPhone 17” seriyasının qiyməti sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, dəyəri 4500 manat olan mobil telefon inəklə müqayisə olunub. Hər ikisinin qiymətinin bərabər olması gülüş doğurub və müəyyən təbəqələr arasında mübahisələrə yol açıb.

Bir inəyin dəyəri təxminən nə qədərdir?

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Mirağa Abdullayev inəklərin qiymətinin damazlıq, südlük, ətlik, yaş, cins və genetik keyfiyyəti kimi amillərə görə dəyişdiyini bildirib.

“Bir damazlıq inəyin idxalı orta hesabla 4484 manata başa gəlir. İnək südvermə, bala doğma, çəkisinin artması kimi yollarla uzun müddət davamlı gəlir mənbəyidir. Onun saxlanması üçün yem, baytarlıq xidməti, qoruma, su və sığınacaq kimi xərclər var. Telefonun ilkin qiyməti yüksək olsa da, aylıq xərci daha aşağıdır”.

Sosioloq Mail Yaqub bildirib ki, müasir biznes real tələbat deyil, status üzərində qurulub:

“İnsanlar özlərini yüksək mövqedə göstərmək istədiklərinə görə belə məhsulları alırlar. Əks halda, şirkət və brendlərin satış imkanları məhdudlaşardı. Müasir psixologiyada “davranış iqtisadiyyatı” adlanan bir sahə var. Aparılan tədqiqatlar göstərir ki, insanlar alış-veriş zamanı çox vaxt məntiqlə deyil, hisslərin təsiri ilə qərar verirlər. Yəni alışlarımızın 80-90 faizi emosiyalarla bağlıdır. Məsələn, ehtiyacımız olmayan məhsulu sadəcə vitrində gördüyümüz və bəyəndiyimiz üçün alırıq. Bu, məntiqsiz qərardır və böyük brendlər də məhz bu zəiflikdən istifadə edərək satışlarını artırırlar. Nəticədə külli miqdarda vəsait xərclənir, ölkədən valyuta çıxır. Bunun qarşısını yalnız maarifləndirmə yolu ilə almaq mümkündür. Bahalı məhsul insanın şəxsiyyətini və dəyərini müəyyən etmir. Bunun izahına ehtiyac var”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri