Bakıda saxlanılan narkotacir tanınmış həkim imiş YENİLƏNİB (VİDEO)
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elşən Əliyev ürək-damar cərrahıdır və “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Klinika” kimi bir sıra özəl klinikalarda çalışıb.
*** 16:56
Sosial şəbəkədə narkotik satan şəxslər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:51
Baxış sayı:51 Bu xəbər 13 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 13 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















