Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı QƏRAR VERİLDİ
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.
Vəkil Cavad Cavadlı APA.az-a bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.
Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.
Bizim.Media
Baxış sayı:37
Bu xəbər 27 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















