Bakıda saxlanılan Yelena Xaxalyeva Rusiyaya ekstradisiya ediləcək
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.
Turkustan.az xəbər verir ki, bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.
Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. /Bakıvaxtı.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















