Bakıda səfərdə olan braziliyalı nümayəndə Xəzər dənizində avar çəkdi FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Braziliya Avarçəkmə Federasiyasının İctimaiyyətlə Əlaqələr direktoru Samiya Süleyman Bakıda səfərdədir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Samiya Süleyman Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasında olub.
Qonağa federasiyanın fəaliyyəti və iş prosesi barədə məlumat verilib. Daha sonra o, Bakı Avarçəkmə və Kanoe İdman Klubunun məşq bazasını gəzib.
Veteranlar arasında dünya çempionatının mükafatçısı olmuş Samiya Süleyman Xəzər dənizində avar çəkib. Sonda braziliyalı qonağa federasiya tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Baxış sayı:96
Bu xəbər 21 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















