Icma.az
close
up
RU
Bakıda şəhər nəqliyyatının yaşıllaşdırılması üzrə dəyirmi masa keçirilib

Bakıda şəhər nəqliyyatının yaşıllaşdırılması üzrə dəyirmi masa keçirilib

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyas (IFT) və UN-HABİTAT-ın təşkilatçılığı ilə şəhər nəqliyyatının yaşıllaşdırılması üzrə dəyirmi masa təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək, Azərbaycanda şəhər nəqliyyatının optimallaşdırılması barədə danışıb. Qeyd olunub ki, paytaxt Bakının ictimai nəqliyyatının səmərəli fəaliyyətini təmin etmək üçün sərnişin daşıyan avtobuslar, velosiped və skuterlər üçün xüsusi yollar salınıb. İctimai nəqliyyatda daha çox elektrik enerjisi ilə işləyən avtobuslar istismara buraxılıb. Karbonsuzlaşdırma istiqamətində Bakı şəhər rəhbərliyi ilə birlikdə atılan addımlardan biri də dizel yanacağından istifadənin azaldılmasıdır. Dizel yanacağı ilə çalışan avtobuslar tədricən istismardan çıxarılıb və onların yerini elektrobuslar tutub.

Nazir diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə paytaxtda və regionlardakı şəhərlərdə nəqliyyat vasitələrinin də sayı artır. Bu da karbon emissiyasının artmasına səbəb olur. Bu problemin aradan qaldırılması istiqamətində hökumət elektromobilləri təşviq edir, onların ölkəyə gətirilməsi üçün gömrük rüsumunu aradan qaldırıb.

Şəhərsalma istiqamətində aparılan işlər zamanı beynəlxalq təcrübə nəzərə alınır və mühərriksiz nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün infrastruktur yaradılır.

UN-HABİTAT-ın baş direktoru Anaklondiya Rossboç çıxış edərək bildirib ki, dünyada baş verən urbanizasiya prossesləri şəhərlərin böyüməsinə və insanlarla yanaşı, sənaye müəssisələrinin, avtomobillərin də artmasına səbəb olur. Bu da karbon emissiyasının artmasına, atmosferə digər zəhərli qazların tullanmasına gətirib çıxarır. Bu problemlərin həlli məqsədilə müasir şəhərsalmada mühərriksiz nəqliyyat vasitələri üçün infrastrukturlar yaradılmalı, onların sərbəst hərəkəti təmin olunmalıdır. Bununla yanaşı, “yaşıl” şəhərlərin salınması da aktuallıq kəsb edir. İstənilən böyük şəhərdə yaşıllıq ərazi daha çox olmalıdır. Bu tədbirlər COP-un başlıca məqsədi olan sıfır emissiyaya nail olmaq üçün əsas amillərdir.

Sonra IFT-in, Avropa Komissiyasının, Asiya İnkişaf Bankının nümayəndələri, Türkiyənin, Qazaxıstanın, Pakistanın nəqliyyat nazirləri, Kanada, Almaniya, İtaliya, Qvatemala, Mazambik, Keniya, Burundi və digə dövlətlərin müvafiq strukturlarının nümayəndələri öz təcrübələrindən danışıblar. Qeyd olunub ki, müasir şəhərsalmada əsas prinsip yaşıllaşdırmadan ibarət olmalıdır. Yeni şəhərləri nəqliyyatsız təsəvvür etmək mükün deyil, lakin daha çox elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitələrinə üstünlük vermək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri