Icma.az
close
up
RU
Bakıda sənədsiz evlərin söküntüsü başlayır

Bakıda sənədsiz evlərin söküntüsü başlayır

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür. 

Əsas müzakirə mövzusu isə budur: bu evlər sökülərkən vətəndaşlara kompensasiya verilməlidirmi, yoxsa qanunsuz tikililərə görə məsuliyyət yalnız sahibinə aiddir?

“Yeni Sabah” bildirir ki, mövzu ilə bağlı “AzPolitika”ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir, xüsusilə paytaxt Bakı şəhərinin bir çox ərazilərində söküntü işləri aparılır. 

Onun sözlərinə görə, bu işlər əsasən iki formada həyata keçirilir. Bəzi ərazilər dövlət ehtiyacları üçün alınır və bu zaman vətəndaşların mənzilləri sökülərkən onlara kompensasiya olaraq pul ödənilir. Digər halda isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəz olunur

 “Hər iki söküntü prosesində vətəndaşlara kompensasiya kimi bəzi hallarda mənzil, bəzi hallarda isə pul verilir. Bundan əlavə, yeni kommunikasiya xətlərinin və avtomobil yollarının çəkilməsi ilə əlaqədar aparılan söküntülər zamanı da vətəndaşların əmlakı qiymətləndirilir və onlara kompensasiya ödənilir”, - deyə ekspert bildirib. 

Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur: “Bu evlərin çıxarışı olmasa da, əksəriyyətində müxtəlif qurumlar tərəfindən verilmiş sənədlər mövcuddur. Belə ki, bəzi ərazilərdə bələdiyyələrin sərəncam və qərarları, digər yerlərdə isə icra hakimiyyətlərinin, kolxoz və sovxozların, həmçinin mənzil-istismar idarələrinin sənədləri əsasında fərdi yaşayış evləri tikilib. Bu cür evlərin sökülməsi zamanı vətəndaşlara mütləq qaydada kompensasiya ödənilir. Söküntü zamanı çıxarışın olması mühüm amil hesab olunsa da, vətəndaş uzun müddət həmin mənzildə yaşayırsa, kommunikasiya xətləri və qeydiyyatı mövcuddursa, çıxarış olmasa belə, bu sənədlər əsasında da kompensasiya verilir.

Əgər fərdi yaşayış evi qeyri-qanuni şəkildə inşa olunubsa, bu halda aidiyyəti dövlət qurumları məhkəməyə müraciət edir və yalnız məhkəmə qərarı ilə həmin əmlakın sökülməsi mümkündür. Bununla belə, sənədi olmasa da, uzun müddət yaşayış mövcuddursa, belə hallarda da söküntü zamanı vətəndaşlara kompensasiya ödənilir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Aprel 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri