Icma.az
close
up
RU
Bakıda şərab evlərində satılır Ölüm riski var

Bakıda şərab evlərində satılır Ölüm riski var

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsul partiyaları məhv edilib, həmçinin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq edilib.
Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkarlanmış məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında  bildirib ki, enerji içkilərinin tərkibindəki kafein miqdarı çay və qəhvədən təxminən 3, bəzən isə 5 dəfə çox olur:
“Bu isə ürək və sinir sisteminə ciddi təsir göstərir. Eyni zamanda bu içkilərin tərkibində kafeinlə yanaşı, taurin, quarana kimi güclü stimullaşdırıcı maddələr də mövcuddur. Bu maddələrin birlikdə təsiri orqanizmə həddindən artıq stimul verir və nəticədə insan özünü qısa müddət ərzində daha enerjili hiss edir. Ümumiyyətlə, 18 yaşdan aşağı şəxslərə bu içkilərdən istifadə etmək tövsiyə olunmur. Xüsusilə yeniyetməlik dövründə hormonal balansın formalaşması davam etdiyi üçün enerji içkiləri orqanizm üçün ciddi problemlər yarada bilər”. 
O deyib ki, bu içkilərdən həddindən artıq istifadə edildikdə ürək döyüntüsünün sürətlənməsi, yüksək təzyiq, aritmiya, əsəbilik, aqressiya, yuxusuzluq və panik atak kimi hallar müşahidə oluna bilər:
“Bəzi ağır hallarda isə ürəyin qəfil dayanması riski də mövcuddur. Bundan əlavə, enerji içkilərinin həddindən artıq qəbulu maddələr mübadiləsinin pozulmasına, şəkərli diabetin yaranmasına və insulin dirəncinə səbəb ola bilər. Bu içkilərə qarşı psixoloji asılılıq da yarana bilir. Bütün bunları nəzərə alaraq, enerji içkilərinin istifadəsinə məhdudiyyət və ya qadağa qoyulması ümumilikdə sağlamlıq baxımından müsbət və doğru qərar hesab olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri