Bakıda sərnişin avtobus sürücüsünü döydü Video Yenilənib
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.
“Qafqazinfo” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.
Zərbənin təsirindən sürücü yerə yıxılıb.
Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.
Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
***
Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Avqust 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















