Bakıda sərxoş sürücü Range Rover lə YPX maşınını vurdu
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Ölkə.Az" avtosfer.az-a istinadən xəbər verir ki, bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb.
Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən Qasımzadə Davud Mirqabil oğlu sərxoş vəziyyətdədir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücü barəsində toplanılmış materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
İnzibati Xətalar məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinən sürücü məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 Oktyabr 2025 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















