Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Rəcəbzadə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxsin sərbəst ifadə verməsi iyun ayının 10-na təxirə salınıb.
Xatırladaq ki, ötən il dekabrın 17-də Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın öldürülməsi barədə 15-ci polis bölməsindən Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin Zabrat qəsəbəsində, aralarında yaranmış mübahisə zamanı qadının baş nahiyəsinə daş parçası ilə ağır xəsarətlər yetirməsi məlum olub. E.İbrahimova hadisə yerində dünyasını dəyişib.
İ.Rəcəbzadə saxlanılaraq, istintaqa təhvil verilib.
Sabunçu rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















