Icma.az
close
up
RU
Bakıda sığınacaqda kondisioner DAVASI: bu sözə görə burnunu sındırdı

Bakıda sığınacaqda kondisioner DAVASI: bu sözə görə burnunu sındırdı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda reabilitasiya müəssisəsində dava olub.

Lent.az xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Zabrat-Pirşağı yolunda yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydə alınıb.

Yaşayış yerləri olmadığı üçün burada qalan iki şəxs arasında kondisioner üstündə dava düşüb. Belə ki, 67 yaşlı Nicat Rüstəmov gecə saatlarında kondisionerin səsindən onun nasaz olduğunu düşünüb və cihazı söndürüb. Onun otaq yoldaşı isə yuxudan oyanıb Nicatın kondisioneri söndürməsinə əsəbiləşib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf Nicata erməni deyib. Bu söz isə onun xoşuna gəlməyib və otaq yoldaşının sinəsində oturaraq sifətinə 2-3 dəfə yumruq zərbəsi vurub. Nəticədə zərərçəkənin burnu sınıb və digər xəsarətlər alıb.

Bu əməlinə görə Nicat Rüstəmov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Nicat Rüstəmov ifadəsində otaq yoldaşını sırf erməni sözünə görə vurduğunu və əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə görə hər ikisini sığınacaqdan xaric ediblər.

Zərərçəkən şəxs isə Nicatla barışmaq fikrində olmadığını və ona ağır olmasa da, cəza verilməsini istəyib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə Nicat Rüstəmov barəsində 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri