Bakıda şirkətdən 23 min manat oğurlanıb
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda şirkətdən 23 min manat oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda şirkətdən 23 min manat oğurlanıb
09 Dekabr 2024 12:41

