Icma.az
close
up
RU
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü: “Rus agentləri”nin adları… KONKRET

Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü: “Rus agentləri”nin adları… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlarda Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginlik və Bakıdakı “Rus Evi”nin bağlanması fonunda Moskvanın ölkəmizdəki qüvvələrinin fəaliyyəti yenidən gündəmə gəlib.

“Qafqazinfo”nun yayımladığı məqalədə Kremlin ölkəmizdə köklü agentura şəbəkəsinin olduğunun qeyd edilməsi, həmçinin konkret şəxslərin siyahısının təqdim olunması ictimaiyyətdə rezonans doğurdu. Məqalədə adı qeyd edilən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev, sabiq xarici işlər naziri Elmar Məmmədyarov, mərhum gənclər və idman naziri Azad Rəhimov və keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevdən başqa, bir sıra şəxslərin də proseslə əlaqəsinin olduğu iddia edilir.

Müxtəlif yüksək vəzifələrdə çalışan şəxslər – deputatlar, məmurlar, diplomatlar, QHT sədrləri və nüfuzlu media təmsilçiləri arasında da şəbəkə üzvlərinin olduğuna dair məlumatlar ictimaiyyətdə birmənalı qarşılanmır. Həmin şəxslərin ifşası tələb olunur.

Bu dəfə Rusiyanın ölkəmizdəki qüvvələrinin tamamilə ifşası və zərərsizləşdirilməsi mümkün olacaqmı?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynovdeyib ki, Rusiya ilə münasibətlərin soyuqlaşması, həmçinin son zamanlar baş verənlər, bu ölkənin Azərbaycandakı agentura şəbəkəsinin ifşasını gündəmə gətirdi:

“Bu istiqamətdə bəzi şəxslərin adları çəkildi. Sadalanan insanların əvvəllər yüksək vəzifələr tutması isə xüsusi diqqət çəkir. Lakin ictimaiyyətdə daha ciddi bir gözlənti var. Yəni prosesin ardının gəlməsi, hazırda vəzifədə olan şəxslərin ifşası istənilir. Sosial şəbəkələrdə bəzi çağırışlar edilir.


İlyas Hüseynov

Lakin tələsmək lazım deyil. Ölkə rəhbərliyi nə edəcəyini bilir. Bu, sadəcə ilkin addım idi, bir  növ xəbərdarlıq kimi də başa düşmək olar. Yəni prosesin ardının gəlməsi Moskvanın atacağı addımlardan asılı olacaq. Əgər Kreml mövcud yanaşmasını davam etdirərsə, Bakının bu ölkənin agentura şəbəkəsini tam ifşa etməsi gözləniləndir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:369
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri