Bakıda skuterin vurduğu qadının dişləri qırıldı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən gecə saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurub.
Oxu.Az-a danışan hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alıb, dişləri qırılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "İçərişəhər" stansiyasının yaxınlığından çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 46 yaşlı (qadın cinsli) şəxsə dodağın və ağız boşluğunun səthi travması diaqnozu ilə yerində tibbi yardım göstərilib".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















