Bakıda skuterlə hərəkət edən iki azyaşlının videosu yayıldı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxt küçələrindən birində azyaşlıların təhlükəli şəkildə skuter idarə etməsi görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, kadrları ərazidən keçən sürücülərdən biri sosial şəbəkə hesabında paylaşıb. Videodan aydın görünür ki, məktəbli oğlan skuteri idarə edir, arxa hissədə isə ondan möhkəm tutaraq dayanan digər azyaşlı qız hərəkət edir. Beləliklə, bir skuterin üzərində iki azyaşlı eyni anda yol hərəkətində iştirak edir.
Qeyd edək ki, qanunvericiliyə görə, skuter və elektrikli fərdi hərəkət vasitələrini idarə edən şəxslər 18 yaşından yuxarı olmalı və bu vasitələrdə sərnişin daşınmasına icazə verilmir. Həmçinin istifadədə qoruyucu dəbilqə və təhlükəsizlik vasitələrinin tətbiqi məcburidir. Qaydalara əməl olunmaması isə ciddi qəza riskləri yaradır və həm sürücünün, həm də ətrafdakıların həyatını təhlükəyə atır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















