Bakıda ŞOK: gənc qızın qarnından 5 kiloluq şiş çıxdı
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.
Lent.az-ın xəbərinə görə, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb.
Əməliyyatı Ginekologiya və Doğum Şöbəsinin müdiri, tibb elmləri doktoru Mehriban Hacızadə icra edib. Əməliyyat barədə məlumat verən cərrah bildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.
“Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.
Xoşxassəli olan bu şiş maye tərkibli idi. Onun bütövlüyünü pozmadan xəstənin bədənindən çıxarmağa nail olduq. Hər iki yumurtalığı və uşaqlığı sağlam saxladıq, lakin sağ uşaqlıq borusunu kəsib götürmək məcburiyyətində qaldıq. Xəstə hazırda evə buraxılıb, səhhətində heç bir problem yoxdur. O, gələcəkdə ana olmaq şansını itirməyib,” – deyə cərrah qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















