Icma.az
close
up
RU
Bakıda ŞOK OLAY: işlədiyi şirkətin soyuducularını satıb pulu götürdü

Bakıda ŞOK OLAY: işlədiyi şirkətin soyuducularını satıb pulu götürdü

Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

seeBaxış sayı:95
embedMənbə:https://lent.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri