Icma.az
close
up
RU
Bakıda söküntü başladı: iki yeni park salınacaq Ünvanlar

Bakıda söküntü başladı: iki yeni park salınacaq Ünvanlar

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb”.

Globalinfo.az bildirir ki, bu barədə baku.vs-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat daxil olub.

Bildirilib ki, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıbdır ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır:

“Hazırda paytaxt ərazisində “Mərkəzi Nəbatat parkı”nda, Xəzər rayonu Mərdəkan qəsəbəsində Dendroloji parkda əsaslı təmir-yenidənqurma işləri aparılır. İşlərin qısa bir zamanda başa çatması nəzərdə tutulub.

Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda “Çəmbərəkənd” parkı, Xətai rayonunda “Gənclik”, “Sevirəm” parkları salınıb. Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.

Xətai rayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər görülüb. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb. Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilib.

Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülüb. Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni park salınır. Burada da mövcud yaşayış və qeyri-yaşayış tikililəri sökülüb, abadlıq-quruculuq işləri görülür.

28 May, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin əhatəsində yeni park salınır. Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işləri sona çatıb və ərazi sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağı da əsaslı təmir olunub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, yeni park salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see598

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see414

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see348

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see283

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see279

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see265

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see263

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see242

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see234

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see231

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see229

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see228

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see225

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see222

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see208

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see207

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see203

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see197

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see191

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri