Icma.az
close
up
RU
Bakıda “Son zəng” təlimatı pozulub? Bölgələrdən narazılıq var

Bakıda “Son zəng” təlimatı pozulub? Bölgələrdən narazılıq var

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, 2024–2025-ci tədris ili üçün “Son zəng” tədbirlərinin təşkili ilə bağlı ümumi təhsil müəssisələrinə müvafiq təlimat göndərilib. 

Təlimatda qeyd olunurdu ki, builki “Son zəng” tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında iştirak etməli, musiqi seçiminə ciddi nəzarət olunmalı, bayağı və uyğun olmayan musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Eyni zamanda, məzunların yalnız Azərbaycan milli rəqslərini ifa etmələri tövsiyə olunub.

Lakin sosial şəbəkələrdə yayılan görüntülər bu tələblərə tam əməl olunmadığını göstərir. Fotoqraf və videoqrafların paytaxt məktəblərindən çəkib paylaşdığı videolarda “Son zəng” tədbiri zamanı məzunların müxtəlif kompozisiyalar təşkil edərək əyləndikləri müşahidə olunur. 

Bu görüntülər bölgə məktəblərinin məzunları və onların valideynləri tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri təlimatların yalnız region məktəbləri üçün keçərli olduğunu bildirərək, “Deyəsən, bu təlimatlar paytaxt məktəblərinə aid deyil”, “Bizim övladımızın “Son zəng” arzusu ürəyində qaldı” kimi tənqidi şərhlər yazıblar.

Bu narazılıqlar nə dərəcədə əsaslıdır? Həqiqətənmi təlimatlar yalnız bölgələrə şamil olunub? 

Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, əgər hansısa məktəbdə təlimatlar gözardı edilibsə, bu, birinci növbədə sosial ədalət prinsipinin qorunması məsələsidir. 

Ekspertin sözlərinı görə, hər kəs eyni qaydada, eyni şərtlər altında bu tədbiri keçirtməlidir:

“Əgər yayılan həmin görüntülər doğrudan da məktəblırdən çəkilibsə, o zaman müvafiq təhsil müəssisəsinin rəhbərliyi barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən tədbir görülməlidir. Çünki bu cür tədbirlərə  heç kimə icazə verilməmişdi.

Sadəcə bədii və rəsmi hissədən ibarət olan “Son zəng” tədbiri 12:00-a, maksimum 13:00-a qədər davam etməli və sonra yekunlaşmalı idi. Əgər bu tələblərə əməl olunmayıbsa, bu zaman həmin şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati və ya digər formada tədbirlər görülməlidir.

Əgər hər hansı şəxs belə qayda pozuntusuna dair görüntülərə şahid olursa, yaxşı olardı ki, Elm və Təhsil Nazirliyinin və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) qaynar xəttinə məlumat versinlər. Həmin şikayətlər əsasında müvafiq tədbirlər görülə bilər.

Əlbəttə, biz razı deyilik ki, bir məktəbdə qaydalara ciddi əməl edilir, rəhbərlik məsuliyyətlə yanaşıb, digərində isə bunlar gözardı edilir. Bu, eyni zamanda sosial ədalətin pozulması, başqasının haqqına girmək deməkdir. Hamı eyni təlimata, eyni şərtlərə uyğun şəkildə tədbir keçirməlidir”.

Elçin Əfəndi vurğulayıb ki, əgər verilən göstərişə əsasən bədii hissədə yalnız milli musiqilərimizə üstünlük verilməlidirsə və bu şərtə riayət olunubsa, burada heç kimin qarışmağa ixtiyarı yoxdur:

“Lakin əgər hansısa məktəb tədbiri daha dəbdəbəli, konkret bayağı şəkildə təşkil edib, orada xarici və oriental musiqilər səsləndirilibsə, bu, artıq şərtlərin üzərində xətt çəkib öz bildiyini etməkdir. Belə olan halda, həmin təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görülməlidir.

Məsələyə belə baxaq. Tutaq ki, iki məktəbə eyni təlimat göndərilib və hər ikimiz bu tədbiri keçirtməliyik. Biz tədbir təşkilində konkret olaraq əlimizdə nazirliyin qaydalarını tutmuşuq. Yəni uyğun şəkildə, tədbiri bayağılıqdan uzaq, daha səliqəli formada təşkil etmişik. Vahid geyim forması tətbiq olunub, valideynlər və şagirdlər bir-biri ilə uyğun rəqs geyimlərində çıxış edərək günlərini qeyd ediblər. Musiqi də yalnız milli rəqslərimizdən ibarət olub.

Siz isə əksinə, sadəcə rəsmi hissəni həyata keçiribsiniz. Verilən təlimat əsasında sadəcə çıxışlar, şeirlər, bir neçə təbrik və s. ilə tədbiri başa vurubsunuz. Burada hər ikimizə eyni təlimat var. Hər iki halda təlimata əməl olunub, sadəcə tədbirin təşkil səviyyəsi fərqli olub. Bu normaldır. Ümumilikdə qoyulan təlimatı tapdalamamışıq, bu birinci tərəfdir.

Amma üçüncü bir məktəb göstərilən təlimatın müəyyən hissələrini pozubsa, məsələn, xarici musiqilər səsləndirilib, diskoteka xarakterli musiqilərdən istifadə olunub, vahid geyim forması tətbiq edilməyibsə, bu, artıq təlimatdan yayınma halıdır. Belə hallarda da məsul şəxslər barədə mütləq ölçü götürülməlidir. Vətəndaşlar bu kimi hallarla bağlı müvafiq qurumlara müraciət edə bilərlər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri