Icma.az
close
up
RU
Bakıda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı

Bakıda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kaspian Prodakşn Layn" MMC-də istehlaka yararsız məhsullar aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus "CPL" və "Ağartı" əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb. Sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir.

Yoxlama zamanı eyni zamanda qida obyektində izlənmə sisteminin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, istehsal prosesində ardıcıllığının təmin edilmədiyi, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınmadığı məlum olub. Belə ki, müəssisə quru məhsul (xammal) anbarı ilə təmin edilməyib, xammal məhsulları və qablaşdırma materialları emal sahəsində saxlanılır. Məhsulların qablaşdırılması və etiketlənməsi emal sahəsində həyata keçirilir.

Bundan əlavə qida obyektinin soyuducu kamerasında mal qonşuluğu qaydalarının pozulması faktı müəyyən edilib. Müəssisənin həmçinin sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarların kif ilə örtüldüyü, həmçinin korroziya əlamətləri aşkarlanıb. İstehsal və yardımçı sahələrdə havalandırma sistemlərinin quraşdılmadığı, xüsusi dolabların təşkil edilmədiyi məlum olub.

Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri