Icma.az
close
up
RU
Bakıda sürücü yolun ortasında gəzən piyadanı döydü

Bakıda sürücü yolun ortasında gəzən piyadanı döydü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nizami rayonunda avtomobil sürücüsü yolun ortasında gəzən piyadanı döyüb. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 1 dekabr 2024-cü ildə baş verib. Şəki rayon sakini, 1996-cı il təvəllüdlü Nəcəf həmin gün saat 11 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı  avtomobil ilə hərəkətdə olan zaman Namiqin (adlar şərtidir – red.) yolun orta hissəsində piyada hərəkət etməsini bəhanə edib. 
O, Namiqə qarşı zor tətbiq edib və qəsdən gödəkçəsinin yaxasından tutaraq xüsusi fənd işlədib, onu fırladaraq yerə çırpıb. Namiq hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf bildirib ki, dekabrın 1-də, saat 11 radələrində idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə hərəkətdə olan zaman bir nəfər şəxsin yolun ortası ilə gəzdiyini görüb: 
“Həmin şəxsin yanından keçən zaman avtomobili saxladım və yolun kənarı ilə hərəkət etməsini söylədim. Sonradan adını bildiyim Namiq nalayiq ifadə işlədərək “mənə ağıl öyrədirsən, sən get işinlə məşğul ol” ifadəsini işlətdi. Bundan sonra avtomobildən aşağı düşərək həmin şəxsin sinəsindən əlim ilə itələdim. Mübahisə zamanı əsəblərimə hakim ola bilmədim və həmin şəxsin yaxasından tutaraq qəsdən yerə çırpdım. Namiq yerə dəydikdən sonra avtomobilə əyləşdim və getmək istədikdə yenidən üzərimə gəldi. Yenidən həmin şəxsi əlim itələdim. Sonra avtomobilə əyləşdim və avtomobili sürərək getdim”. 
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Nəcəf 3 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi  hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə  əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri