Bakıda sürücülər tıxacdan qurtulmaq üçün bu üsula əl atdılar VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıxanov qəsəbəsində gecə saatlarında yaranan böyük tıxac zamanı bəzi sürücülərin qaydaları pozaraq alternativ yol seçməsi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, bir neçə sürücü tıxacda gözləmək əvəzinə avtomobilləri ilə piyada keçidinə daxil olaraq ərazidən uzaqlaşıb.
Sürücülərin bu addımı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. Piyada keçidləri insanların yolun hərəkət hissəsini təhlükəsiz keçməsi üçün nəzərdə tutulduğundan, həmin ərazilərdən avtomobillə keçilməsi həm piyadaların təhlükəsizliyini riskə atır, həm də yol hərəkətinin təşkilinə mane olur.
Xüsusilə tıxac zamanı sürücülərin səbrsiz davranaraq qaydaları pozması qəza riskini artırır. Bir neçə dəqiqə vaxt qazanmaq naminə piyada keçidindən və ya digər nəzərdə tutulmayan sahələrdən istifadə etmək ciddi nəticələrə səbəb ola bilər.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















