Bakıda tarixi lisey binası qəzalı vəziyyətdədir, tədris də aparılmır Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən tarixi bina qəzalı vəziyyətdədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, birmərtəbəli tikili 1884-cü ildə Bakının iri neft sahibkarları tərəfindən “Bakı Neft Sənayeçiləri İttifaqı” üçün inşa edilib. Bu bina paytaxtın sənaye tarixini əks etdirən nadir tikililərdən biri hesab olunur. Hazırda binada 15 nömrəli lisey fəaliyyət göstərir.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda vəziyyətlə əlaqədar peşə liseyində tədris prosesi aparılmır: “15 nömrəli Bakı Peşə Liseyi hazırda fəaliyyətdədir, lakin həmin binada tədris prosesi aparılmır. Binanın təmiri ilə bağlı məsələlər hazırda müvafiq mərkəz tərəfindən müəyyənləşdirilmək mərhələsindədir. Əlavə məlumat olduqda bildiriləcək”.
Lamiyə Məmmədova









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 10 Mart 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















