Bakıda təhlükəli küçə: Maşınlar çuxura düşür, ard arda qəzalar baş verir VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yolun asfalt örtüyü istifadəyə yararsızdır.
Avtosfer.az-ın məlumatına görə, ərazidən mütəmadi olaraq istifadə edən sürücülərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, küçədə bir müddət əvvəl təmirlə əlaqədar qazıntı işləri aparılıb. Lakin qazılan yola asfalt örtüyü çəkilmədiyi üçün dərin çuxur əmələ gəlib: “Təmirdən sonra qazılan yola tökdükləri torpaq çöküb və artıq kanala çevrilib. Ərazidən ilk dəfə istifadə edən, yola bələd olmayan sürücülər sürətlə gələrək həmin hissəyə çatdıqları vaxt anidən çuxuru görürlər.
Nəticədə çuxura düşən maşınlar ciddi maddi ziyana məruz qalır. İkinci halda isə sürücülər avtomobillərinə zərər dəyməməsi üçün qəfil əyləci basaraq dayanırlar. Belə olan halda arxadan gələn sürücülər düzgün ara məsafəsi təyin etmədikləri zaman qəzalar qaçılmaz olur”.
Şikayətçi, hətta bu səbəbdən sözügedən ərazidə ard-arda yol-nəqliyyat hadisələrinin baş verdiyini də əlavə edib: “Dünən bu küçədə iki yol qəzası qeydə alınıb. Çuxuru anidən görən xanım sürücü qəfil tormoz verdi və bu vaxt arxadan gələn motosiklet maşına çırpıldı”.
Sonda sürücü aidiyyəti quruma səslənərək xoşagəlməz halın qısa müddətdə aradan qaldırılmasını xahiş edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 03 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















