Icma.az
close
up
RU
Bakıda tələbələrin kirayə ev tapması çətinləşir Ekspert

Bakıda tələbələrin kirayə ev tapması çətinləşir Ekspert

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər ilin avqust ayının sonundan sentyabr ayının əvvəlinə qədər bölgələrdən minlərlə tələbə paytaxt Bakı şəhərində təhsil almaq üçün üz tutur. Gələn tələbələrin böyük bir qismi məcburən kirayələrdə yaşayır. Bəs bu il Bakıda kirayə mənzil bazarında vəziyyət necədir?

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, son illər paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin böyük bir hissəsinin sökülməsi, söküntü işlərinin sürətlə davam etməsi tələbələr üçün kirayə ev tapmaqda ciddi problemlər yaradır:

“Sökülən hər köhnə çoxmənzilli yaşayış binası və fərdi evlərdəki kirayəlik mənzillər də həmin ərazilər sökülən zaman artıq bazardan çıxmış olur. Bundan əlavə, əgər həmin ərazilərdə yeni binalar inşa edilirsə, həmin yeni binalardakı mənzillərin kirayə qiymətləri köhnə tikililərdəki ilə müqayisədə demək olar ki, iki dəfə baha təklif olunur. Başqa bir tərəfdən, artıq Baş plana uyğun olaraq paytaxt ərazisində yeni, böyük həcmli söküntü dalğası gözlənilir. Söküntülərin həcmi artdıqca tələbələr üçün əlçatan qiymətə olan binalardakı mənzillər də bazardan çıxacaq. Paytaxtın Baş planında 2040-cı illər üçün nəzərdə tutulmuş dəyişikliklər bunu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində tələbələrin büdcəsinə uyğun mənzil tapması daha da müşkülə çevriləcək”.

Ekspertin sözlərinə görə, tələbələr məcburən Bakıətrafı – Abşeron, Xırdalan, Masazır kimi ərazilərdə kirayə evlərə üz tutur ki, bu da onların günlərinin bir neçə saatını yollarda itirməsinə səbəb olur:

“Təbii ki, problemin köklü həlli tələbə yataqxanalarının bərpası və yenidən inşası ola bilər. Əgər köhnə tələbə yataqxanaları sökülərək onların yerində daha hündürmərtəbəli, müasir yataqxanalar inşa olunarsa, bu, tələbələrin böyük bir qisminin mənzil problemini aradan qaldıra bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Sentyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri