Bakıda tibbi maska taxıb quldurluq etdi Kameralara BELƏ DÜŞDÜ
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan cüzdanı ələ keçirib.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.


