Icma.az
close
up
RU
Bakıda TIR sürücüləri arasında dava: Bıçaqlama ilə nəticələndi, sürücüyə şərti cəza verildi

Bakıda TIR sürücüləri arasında dava: Bıçaqlama ilə nəticələndi, sürücüyə şərti cəza verildi

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda TIR sürücüləri arasında dava olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda "ot bazarı" deyilən yerdə baş verib.

Həmin ərazidə fəaliyyət göstərən MAN markalı yük maşınının sürücüsü Nicat Fətəliyev (soyad şərtidir) sürücü yoldaşı Aydınla həmin maşında qida qəbul edib, spirtli içki qəbul edib. Daha sonra Nicat digər sürücülər Elşən və Talehlə maşının içərisində oturub sürücü yoldaşları Yusiflə görüntülü danışıb. Danışıq zamanı Nicatla Yusif bir-biri ilə söyüşlü zarafat ediblər. Bu zarafatı Yusifin yanında olan sürücü Nemət eşidib və Nicatın onu söydüyünü düşünüb. O, bu məqsədlə Yusifə yaxınlaşıb telefonu əlindən alıb Nicatla dalaşıb. Nicat Nemətə onu söymədiyini desə də, Nemət ona inanmayıb və onu təhqir edərək olduğu yeri soruşub. Nicat isə ona "ot bazarı"nda olduğunu bildirib.

Nemət idarə etdiyi MAN markalı yük maşını ilə həmin əraziyə gəlib, maşından düşən kimi Nicata hücum edərək onu vurub. Nicat zərbənin təsirindən yerə yıxılıb və Nemət Nicata ardıcıl zərbələr endirib. Bu vaxt Nicat üzərində gəzdirdiyi bıçaqla Nemətə bir neçə bıçaq zərbəsi endirib. Ərazidə olan şəxslərin müdaxiləsindən sonra dava sakitləşdirilib və Nemət aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Fətəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Fakta görə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub.

Məhkəmənin hökmü ilə N. Fətəliyev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasında barışığı nəzərə alaraq N.Fətəliyevə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzasının 2 ili şərti hesab edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri