Bakıda torpaq sahələri 20 faiz bahalaşdı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Bakıda torpaq bazarında aktivlik yüksəlib.
Axar.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.
Onun sözlərinə görə, şəhər mərkəzinə və inkişaf edən rayonlara yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat çoxalıb.
G.İsmayılqızı bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb:
"Ümumilikdə, fərdi yaşayış evləri və torpaq bazarında qiymət artımı və yüksək aktivlik bazarın sabitliyini və davamlı inkişafını göstərir. Həm yeni, həm də köhnə tikililər üzrə tələbatın davam etməsi alıcı marağının geniş spektrdə olduğunu göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















