Icma.az
close
up
RU
Bakıda türk paxlavalarının təqdim edildiyi festival keçirilib

Bakıda türk paxlavalarının təqdim edildiyi festival keçirilib

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi (BAKTAD) tərəfindən bu il 13-cü dəfə təşkil edilən və türk və Azərbaycan desertlərini bütün dünyaya birlikdə tanıtmağı hədəfləyən Ənənəvi Paxlava Festivalı Bakıda keçirilib.
“Füyuzat”ın məlumatına görə, Bakıda Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) təşkil olunan və iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival xalq rəqslərinin nümayişi ilə başlayıb.
İki ölkənin bir-birinə təkcə sərhədlərlə deyil, könüllərlə bağlı olduğunu və paxlava qədər şirin bir ortaqlıqları olduğunu göstərən festivalda Türkiyənin Avropa İttifaqından ilk dəfə coğrafi işarə qeydiyyatını alan dünyaca məşhur ləzzəti olan türk paxlavası Azərbaycanın aparıcı ləzzətlərindən biri olan Bakı paxlavası birlikdə təqdim edilib.
Türkiyədə fəaliyyət göstərən sənayenin qabaqcıl markalarının nümayəndələrinin də olduğu 100 nəfərlik nümayəndə heyətinin qatıldığı 13-cü Ənənəvi Paxlava Festivalında püstə, qoz, midye, şöbiyyət, yerkökü dilimi kimi Türkiyəyə xas 60 növ, Azərbaycandan Bakı, Qəbələ, Şəki paxlavaları kimi 10 növ desert təqdim edilib.
Türkiyə ilə Azərbaycan qardaşlığını bütün dünyaya göstərmək və Azərbaycandan türk paxlavasını bir daha dünyaya tanıtmaq məqsədi daşıyan festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.
Festivalın açılışında Azərbaycanın müxtəlif nazirliklərindən, Türkiyənin Bakıdakı səfirliyindən, Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyindən və bir çox qurum və təşkilatlardan yüksək səviyyəli adlar və rəsmilər iştirak ediblər.
Növbəti illərdə festival Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), digər türk dövlətləri və türklərin sıx yaşadığı ölkələrdə də davam etdiriləcək.
Tədbirin açılışında çıxış edən BAKTAD dərnəyinin sədri Mehmet Yıldırım Bakıda 13-cü Ənənəvi Paxlava Festivalı üçün bir araya gəlməkdən məmnun olduğunu bildirib.Türkiyədə paxlavanın sadəcə bir şirniyyat olmadığını ifadə edən Yıldırım deyib:
“Türk mətbəxinin simvolu olan paxlava həm də dostluğu, paylaşmağı və qardaşlığı təmsil edir. Bu gün burada dost və qardaş ölkə Azərbaycan ilə birlikdə bu ənənəni qeyd etmək məhz bu dəyərlərin nümunəsidir.
Bu gün təkcə türk paxlavası hekayəsini deyil, Azərbaycanın paxlavaya verdiyi dəyəri də qeyd edirik. Bakı paxlavası, Şəki paxlavası, Qəbələ paxlavası… Hər biri ayrı zəhmətin, ayrı bir sevginin və sənətkarlığın məhsuludur. Bu paxlavalar qardaşlıq süfrələrini bəzəyən ləzzətlərdən daha çox, ortaq mədəni irsimizin şirin simvollarıdır”.
Bugünkü festivalın paxlava festivalından daha çox böyük mesajlar verdiyini vurğulayan Yıldırım, “Türkiyə və Azərbaycan təkcə sərhədlərlə deyil, könüllərlə də bağlanan iki dost və qardaş ölkədir. Bu festival həm bu əlaqələri gücləndirmək həm də ortaq mədəniyyətimizi bütün dünyaya tanıtmaq üçün əvəzolunmaz bir fürsəti simgələyir” – bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri