Bakıda Türk Ticarət Mərkəzi açılıb
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər şəxslər iştirak ediblər. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var.
Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.
Qeyd edək ki, tezliklə Türk Ticarət Mərkəzində Türk dövlətləri üçün Türk Obası da istifadəyə veriləcək. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kipr Türk Cümhuriyyətində istifadəyə verilməsi nəzərdə tutulub.
Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.
Baxış sayı:134
Bu xəbər 06 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















