Bakıda Türkiyə və ABŞ nin yeni əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Moderator.az xəbər verir ki, A. Bayraktar "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.
"Görüşdə Türkiyənin və bölgənin enerji təchizatı təhlükəsizliyinə yönəlmiş strateji baxışlar müzakirə edilib, həmçinin iki ölkə arasındakı yeni əməkdaşlıq imkanlarını və potensial fürsətlər qiymətləndirilib", - Bayraktar yazıb.
Qeyd edək ki, görüş 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u çərçivəsində baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















