Icma.az
close
up
RU
Bakıda türkiyəli gənc öldü Anbaan görüntülər

Bakıda türkiyəli gənc öldü Anbaan görüntülər

Icma.az bildirir, News24 portalına istinadən.

Bakının Yasamal rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Türkiyə vətəndaşı, 19 yaşlı Furkan Halvalı dünyasını dəyişib.

Videogörüntüdə ağ rəngli taksi avtomobilinin motosiklet sürücüsünü sıxışdıraraq aşırdığı və gəncin yıxılan zaman başının bordürə dəydiyi əks olunub. Bildirilib ki, yıxılan gənc həyatını itirib.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

“Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsində istintaq hərəkətləri aparılır, iş üzrə ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun qərar qəbul ediləcək”, – deyə açıqlamada bildirilir.

Mərhum Furkan Halvalının anası Kezban Halvalı açıqlamasında bildirib ki, protokollarda hadisəni törədən avtomobillə əlaqəli heç bir şey yoxdur.

“Əlimizdə olan videogörüntüdən də hadisənin özbaşına yox, “Bolt” şirkətinə məxsus taksi tərəfindən törədildiyi açıq-aşkar görünür. Görüntüdə isə qəza anını görürük, qəza öncəsini, təəssüf ki, görmürük. Hadisənin niyə baş verməsi haqqında heç bir məlumatımız yoxdur. Şübhə içindəyik. Bəlkə həmin insan onu izləyib, bəlkə də yolda hansısa münaqişə yaşayıblar. Oğlumun yaşadığı evlə hadisə baş verən yerin arası cəmi üç dəqiqəlik məsafə var. Nə baş veribsə, bu aralıqda baş verib. Yaşadığımız bu çətin anlara rəğmən Azərbaycanın ədalətinə güvənmək istəyirik. Bizim övladımız getdi, gəlməz, istəyimiz günahkarın cəzasını çəkməsidir”, – deyə K.Halvalı bildirib.//milli.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri