Icma.az
close
up
RU
Bakıda türkiyəli iş adamına hökm oxunub

Bakıda türkiyəli iş adamına hökm oxunub

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Bakıda səkkiz milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see314

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see299

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see249

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see228

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see211

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see209

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see207

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see203

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see197

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see179

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see176

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see171

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see169

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see164

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see162

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see162

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see159

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see157

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see143

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri